1999-cu ildə öz fəaliyyətinə başlayan İNŞAATÇI firması müştəri və partnyorların etibarını qazanaraq çox qısa zamanda Azərbaycan bazarında lider mövqeyini tutdu və nəhəng MEGA Holding şirkətinə çevrildi.
İNŞAATÇI adı holdinqin taleyində həlledici rol oynadı. Bu gün onun tərkibinə tikinti və əlaqəli fəaliyyətlə, o cümlədən tikinti texnikasının satışı və çatdırılması, asfalt istehsalı və salınması, trassa magistrallarının yeniləşdirilməsi, memarlıq və interyer dizaynı, beton istehsalı və s. bu kimi işlərlə məşğul olan 10 kompaniya daxildir. Həmin kompaniyaların bir holdinq daxilində birləşməsi məqsədyönlü yekdil iş siyasətini həyata keçirməyə imkan verir və bunun nəticəsində əlavə iqtisadi effektə nail olmaq mümkün olur.
Bizim üçün tikinti - sadəcə fəaliyyət növü deyil. Bu adi tikintinin QURUCULUĞA çevrilməsi və bunun nəticəsində yaranan həyat tərzi, düşüncə tərzidir.
İlk öncə fəaliyyətimizin əsas istiqaməti orta kateqoriyalı evlərin investisiyası idi. Bu gün isə holdinq şəhərin ən gözəl yerlərində müvəffəqiyyətlə Premium və De Luxe səviyyəli komplekslər ucaldır, təkcə biz, azərbaycanlıları deyil, hətta xariciləri valeh edən layihələri həyata keçirir. Bu layihələr o dərəcədə orijinaldır ki, planetimizin istənilən meqapolisinin yaraşığı ola bilər.
Fəaliyyət göstərdiyimiz dövrdə sabit, etibarlı, biznesini müasir keyfiyyət standartlarına uyğun şəkildə aparan, cəmiyyət, müştəri və partyorların qarşısında məsuliyyəti dərk edən kompaniya adını qazanmışıq. Tikinti işlərini həyata keçirərək, şəhərimizin özünəməxsusluğu, landşaft və milli koloritini nəzərə alırıq, Bakının bugünkü simasını əsas məqsəd kimi qarşımıza qoyuruq.
Holdinqin bioqrafiyası çoxsaylı layihələrlə - təkcə Bakıda deyil, Azərbaycanın bölgələrində belə ucaldılan unikal yaşayış kompleksləri, biznes-mərkəzləri, Olimpiya kompleksləri ilə zəngindir. 400 mindən artıq kvadrat metr yaşayış sahəsi!!! Bu quru rəqəmlərin arxasında yüz minlərlə insanın taleyi, ailələrin rifahı, biznesin uğuru durur.